Geridə qoyduğumuz həftə İspaniya La Liqasında hansı hadisələr baş verib?

Offsideplus.az rəsmi tərəfdaşı La Liq-ya istinadən "Barselona"nın yeni transferindən, "Real"ın əfsanəsinin gedişinə qədər 10 maraqlı hadisəni təqdim edir:

"Rayo Valyekano" möhtəşəm geridönüşlə La Liqaya yüksəldi.

WhatsApp Image 2021 06 22 at 15.50.44 10

İyunun 20-də "Real Valyekano" "Xirona"ya minimal hesabla uduzduğu (0:1) oyunun cavab qarşılaşmasına çıxıb. Rəqib üzərində 2:0 hesablı qələbə qazanan Madrid təmsilçisi 2 illik fasilədən sonra yenidən İspaniyanın TOP çempionatına geri dönüb.

Serxio Ramos "Real"ı tərk etdi.

WhatsApp Image 2021 06 22 at 15.50.44 7

"Kral klubu"nda keçirdiyi 16 ildən sonra Serxio Ramos komanda ilə yollarını ayırdı. Klub rəhbərliyi ötən həftənin çərşənbə axşamı günü 34 yaşlı müdafiəçiyə vida mərasimi təşkil etdi. İspaniyalı ulduz "Real"la 671 matça çıxıb, 437-də qələbə qazanıb, 101 qol vurub və 22 titul qazanıb.

"Barselona" Memfis transferini açıqladı.

WhatsApp Image 2021 06 22 at 15.50.44 3

Kataloniya təmsilçisi niderlandlı Memfis Depayı heyətinə qataraq, yay transfer pəncərəsində 4-cü futbolçu keçidini açıqlayıb. Serxio Aquero, Erik Qarsiya və Emersonun keçidindən sonra, "Barsa" "Lion"un hücumçusunu azad agent kimi "Kamp Nou"ya gətirdi. Niderland millisində Ronald Kumanın rəhbərliyi altında oynayan Memfis, bu dəfə "Barselona"da niderlandlı mütəxəssislə birgə çalışacaq.

"Barselona" yeni formasını təqdim etdi.

"Barselona" klubu təmsil edən klassik mavi və qırmızı zolaqlı yeni formasını ötən həftə təqdim etdi. Klubun qadın və kişi oyunçuları yeni geyim dəstinin təqdimetməsində iştirak etdi.

"Qranada" yeni baş məşqçisinin adını açıqladı.

"Qranada" yollarını ayırdığı baş məşqçi Dieqo Martinesi Robert Moreno ilə əvəzlədi. İspaniya millisində Luis Enrikenin köməkçisi olmuş Moreno, Enrike şəxsi problemlərlə qarşılaşanda bir müddət millinin başına keçmişdi. Bundan əlavə, 43 yaşlı  mütəxəssis Fransanın "Monako" klubunu da çalışdırıb.

"Selta" Eduaro Koudetlə yeni müqavilə bağladı.

WhatsApp Image 2021 06 22 at 15.50.44 1

Eduardo Koudet "Selta" ilə sözləşməsini yeniləyərək, 2024-cü ilədək uzatdı. 2020-ci ilin noyabrında aşağı liqaya düşmək təhlükəsi olan zaman komandanın sükanı arxasına keçən argentinalı baş məşqçi mövsümü 8-ci yerdə başa vurdu. Kollektiv 2021/22 mövsümünə yeni ümidlərlə hazırlaşır.

Aissa Mandi "Betis"i "Vilyarreal"a dəyişdi.

WhatsApp Image 2021 06 22 at 15.50.44

"Vilyarreal" Əlcəzayir millisinin üzvü Aissa Mandini transfer edərək heyətini gücləndirib.  "Betis"lə keçirdiyi 5 mövsümdən sonra  Mandi, azad agent olaraq "sarı sualtı qayıq"a keçib. 29 yaşlı müdafiəçi "Vilyarreal"la 2025-ci ilədək müqavilə imzalayıb.

Luis Del Sol vəfat etdi.

İspaniya futbolu bazar günü Luis Del Solun 86 yaşında vəfat xəbəri ilə yasa büründü. Del Sol "Betis"İn baş məşqçisi olmadan öncə, "Real" və "Betis" klublarının formasını geyinmişdi. Luis Del Sol "Real Betis"in əfsanə oyunçularından biri sayılırdı...

La Liqanın yeni mövsümü avqustda start götürəcək.

İspaniya Futbol Federasiyası və İdman nazirliyinin tən həftə verdiyi qərara əsasən, L Liqanın 2021/22 mövsümü avqustun 15-də başlayacaq.

AVRO-2020-nin 5 ulduzu.

AVRO-2020-nin bütün matçların sonunda UEFA "oyunun ulduzu" mükafatını təqdim edir. İndiyə qədər La Liqada çıxış edən 5 futbolçu bu mükafata sahib çıxıb: David Alaba, Qaret Beyl, Luka Modriç, Aleksandr İsak və Jordi Alba.