2010-2013-cü illərdə "Real"daçıxış etmiş Məsut Özil keçmiş komanda yoldaşı Serxio Ramos barədə baylaşım edib.

 Offsideplus.az xəbər verir ki, "Real" 35 yaşlı kapitanı ilə yollarını ayırır. "Fənərbağça"nın futbolçusu Məsut Özil bu barədə Tvitter hesabında paylaşım edib:

"Klubun ən böyük əfsanələrindən olan futbolçu "Real"ı tərk edir. Növbəti addımlarında uğurlar, qardaşım. Madriddə birgə keçirdiyimiz anları sevgi ilə anıram".