"Real"ın futbolçusu Eden Hazard komandadan ayrılacağı ilə bağlı iddialara münasibət bildirib.

Offsideplus.az "AS" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı forvard "Kral klubu"ndan ayrılmayacaq. O, bu barədə özü açıqalma verib:

"Komandada qalacam. "Real"ı uğursuz transfer olaraq tərk etməyəcəm. Göstərmək istəyirəm ki, mən "Real" üçün yaradılmışam. Ronaldonun xələfi olmaq? Bu tamam başqa məsələdir. Mən Kriştiano Ronaldo deyiləm. O, il ərzində 60-70 qol vurur, mən isə 7-8 ildə. Biz fərqliyik. "Real"a yeni Ronaldo olmaq düşüncəsi ilə qatılmadım. Mən sadəcə Eden Hazard olmalıyam".