Serxio Ramosun "Real"dan ayrılacağı böyük ölçüdə dəqiqləşib. 

"Kral klubu" kapitana 1 illik sözləşm təklif etsə də, futbolçu bununla razılaşmır.

Offsideplus.az "es Radio"ya istinadla xəbər verir ki, vəziyyətin bu cür ollması "Sevilya"nı həvəsləndirib. Klub, yetirməsi olan ulduz futbolçunu şirnikləndirəcək təklif paketi hazırlayıb: 5 illik müqavilə, hər il üçün 7 milyon avro maaş və karyerasını bitirdikdən sonra klubda iş. Son qərarı səbəbkar verəcək.

Qeyd edək ki, Ramosun "Real"la anlaşmasının müddəti bu ayın sonunda bitir və onu heyətində görmək üçün canfəşanlıq edən əsas klub "Mançester Siti"dir.