"Atletiko Madrid"də unudulmaz və məhsuldar performansı ilə yadda qalan Serxio Aqueronu "Barselona" 10 il sonra yenidən La Liqaya geri qaytardı.

Offsideplus.az rəsmi tərəfdaşı La Liqa-ya istinadən argentinalı ulduz barədə bilmədiyiniz 5 maraqlı faktı sizə təqdim edir.

"İndepiente"nin çılğın azarkeşidir.

9 yaşında "İndepiente"nin akademiyasına qatılan və əsas komandaya qədər yüksəlməyi bacaran Serxio, Argentina klubu ilə gələcək uğurların qapısını açdı. 2006-cı ildə komandanı tərk edib Avropaya yollanarkən, sevimli klubunda artıq 10 il keçirmişdi. 2013-cü ildə komanda aşağı liqaya düşəndə Aquero Argentinaya qayıdıb, keçmiş komandasına mübarizəni davam etdirmək üçün ruhlandırmaq və ölkə çempionatına yenidən yüksəltmək istəyirdi. Lakin ulduz hücumçu sonda "Mançester Siti"də qalmaq qərarını verdi.

Leo Messi ilə yaxın dostdurlar.

Aquero ən yaxın dostlarından biri olan Lionel Messinin 20 ildir evi olan klubuna transfer olub. Leo ilə arasında xüsusi bağ olan Serxio, 2005-ci il FIFA Dünya Gənclər çempionatında onunla otaq yoldaşı olmuşdu. Peşəkar karyeraları boyunca isə birlikdə 77 oyuna çıxıblar. Aquero Messinin ona qardaş kimi olduğunu dəfələrlə bildirib. Bundan əlavə, Leo Messi Serxio Aqueronun oğlu Benjaminin xaç atasıdır.

Maradonaya yaxından bağlıdır.

33 yaşlı forvard tez-tez Dieqo Armando Maradona ilə müqayisə edilir və onunla yaxından bağlılığı var. Serxio 15 gün 1 ay və 5 günlüyündə debüt edərək əfsanəvi "10" nömrənin Argentina çempionatında oynayan ən gənc futbolçu rekordunu üstələyib. Sonradan Maradonanın qızı Ciannina ilə evlənən Serxionun Benjamin adlı oğlu da oldu. Maradonanın nəvəsi və Leo Messinin xaç atası olduğu Benjamin!

GRAPHIC ENG Welcome Sergio Agüero

"Üzüklərin hökmdarı"ından ilhamlanmış elf dilində tatosu var.

Serxio Aqueronun sol qolunda Con Ronald Ruel Tolkienin məşhur fantastik romanı "Üzüklərin hökmdarı" seriyasından ilhamlanan uydurma elf dilində bir döyməsi var. Ən maraqlısı, "Barselona"nın yeni ulduzu 2019-cu ildə verdiyi açıqlamada seriyanı heç vaxt oxumadığını və tatonun nə mənaya gəldiyini bilmədiyini açıqlayıb.

Qısa bir musiqi karyerası olub.

Futbol karyerasının əvvəllərində Serxio Aquero "Los Leales" adlı musiqi qrupunda "Kun Aquero" adlı mahnını səsləndirib. 33 yaşlı forvard həmin mahnının klipinə çəkilməkdən əlavə, nəğmənin giriş hissəsini də səsləndirib. Mahnı Latın Amerikasında məşhur olan və Aqueronun da çox xoşladığı kumbiya növündəndir.