"Barselona"nın azad agent olaraq heyətinə qatdığı Serxio Aqueronun məvacibi bəlli olub.
Offsideplus.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı forvard yeni klubunda bir mövsüm üçün 6 milyon avro qazanacaq. Kataloniya təmsilçisi argentinalı futbolçu ilə 2 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Serxio Aqueronun "Mançester Siti"dəki vergilər çıxılmadan illik maaşı 23 milyon avro idi.