"Mançester Siti"dən ayrılan Serxio Aquero bundan sonra "Barselona"nın uğurları üçün tər tökəcək.

Offsideplus.az xəbər verir ki, argentinalı ulduz yeni komandasına keçidi haqda danışıb. Aquero klub saytına açıqlamasında bunları deyib: "Barselona" dünyanın ən yaxşı komandasıdır. Bu kluba keçməklə doğru qərar verdiyimi düşünürəm. Karyeram üçün irəliyə doğru addım atmış oldum. Komandaya fayda verəcəyimə ümid edirəm. 

Çox xoşbəxtəm. Titul qazanmaq üçün əlimdən gələni edəcəyəm. Nəyim varsa, ortaya qoyacağam. Uğur qazansam, buna yalnız sevinəcəyəm. Azarkeşləri öz oyunumla sevindirməyə çalışacağam".

Qeyd edək ki, Aquero "Barselona" ilə 2 illik müqavilə bağlayıb.