Almaniya millisinin baş məşqçisi Yoahim Löv heç bir klub ilə danışıq aparmayıb.
Offsideplus.az xəbər verir ki, bunu 61 yaşlı mütəxəssis yığmanın məşqindən sonra baş tutan mətbuat konfransında deyib. O, "Real" və "Barselona" kimi klublarla əlaqə saxlamadığını və yayda heç bir kluba keçməyəcəyini açıqlayıb:
"Xeyr, bu yay heç bir klubun baş məşqçisi olmayacam. Heç kəslə əlaqə saxlamamışam, qərarımı dəyişdirəcək heç nə yoxdur".
Qeyd edək ki, Yoahim Löv AVRO-2020 oyunlarından sonra Almaniya millisi ilə yollarını ayıracaq.