"Barselona" rəhbərliyi Ronald Kumanın komandadakı gələcəyi barədə dəqiq qərara gəlməyiblər.
Offsideplus.az xəbər verir ki, buna əsəbləşən 48 yaşlı mütəxəssisi təmsil edən agentlik Tvitter hesabında bu sözləri yazıb:
"Təsəvvür eləyin: Səninlə evlənmək istəyirəm, amma tam əmin deyiləm. Yaxşı partnyor tapmaq üçün 2 həftə ver mənə. Düzgün adamı tapmasam, məcbur səninlə evlənəcəm".
"Wasserman Netherlands" agentliyi sonradan bu paylaşımı silib.