2020/21 mövsümü üzrə İspaniya La Liqasında Piçiçi, Zarra Zamora mükafatlarının qalibi bəlli olub. 

Offsideplus.az rəsmi tərəfdaşı La Liqa-ya istinadən xəbər verir ki, müvafiq olaraq, mövsümün bombardiri, ən çox qol vuran ispaniyalı futbolçusu və ən çox quru oyun keçirən qapıçısına təqdim olunan kubokların sahibləri müəyyənləşib. 

Leo Messi, yenə bombardir...

WhatsApp Image 2021 05 26 at 18.22.19 1

"Barselona"nın kapitanı 30 qolla 8-ci dəfə Piçiçi mükafatını əldə edərək rekorda imza atıb. Mövsümə çətin başlayan argentinalı ulduz ilk 5 oyunda cəmi 1 qolla (penalti) fərqlənə bilmişdi. Sonradan özünə gələn 33 yaşlı hücumçu, 2021-ci ilin ilk 8 oyununda 12 qol vurub. Mövsümün sonunda qollarının sayını 30-a çatdıran Messi, ən yaxın izləyiciləri Jerar Moreno (23 qol), Kərim Benzema, (23 qol) və sabiq komanda yoldaşı Luis Suarezi (21 qol) geridə qoyaraq bombardir olub.

WhatsApp Image 2021 05 26 at 18.22.19 2

 

WhatsApp Image 2021 05 26 at 18.22.19

Jerar Moreno - La Liqada ən çox qol vuran ispaniyalı futbolçu.

WhatsApp Image 2021 05 26 at 18.22.19 8

"Vilyarreal"ın ulduzu ardıcıl ikinci sezon İspaniya çempionatında ən çox qol vuran ispaniyalı futbolçu olub. 33 oyuna 23 qol vuran 29 yaşlı hücumçu ötən mövsüm olduğu kimi, bu dəfə də "Zarra" mükafatına sahib çıxıb.

WhatsApp Image 2021 05 26 at 18.22.19 7

 

WhatsApp Image 2021 05 26 at 18.22.19 6

Yan Oblak 5-ci dəfə La Liqanın ən yaxşı qapıçısı oldu.

WhatsApp Image 2021 05 26 at 18.22.19 3

"Atletiko Madrid"in qolkiperi Yan Oblak bir illik fasilədən sonra yenidən "Zamora" kubokunu əldə edib. Sloveniyalı qapıçı 2020-21 mövsümündə keçirdiyi 38 oyundan 17-də qapısını toxunulmaz saxlamağı bacarıb, 25 qol buraxıb. Oblak qapısına təyin olunan 4 penaltidən 3-nü qaytararaq komandasının qələbələrində əvəzsiz rol oynayıb. Bununla da, Oblak karyerasında 5-ci dəfə İspaniya çempionatının ən yaxşı qapıçısı adına layiq görülərək, "Zamora" mükafatını qazanıb (2015-16, 2016-17, 2017-18, 2018-19, 2020-21).

WhatsApp Image 2021 05 26 at 18.22.19 5

 

WhatsApp Image 2021 05 26 at 18.22.19 4