“Betis” klubu komandanın kapitanı Xoakin Sançesin müqaviləsinin müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2022-ci ilin yayına qədərdir. 

Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü 2015-ci ildən “Betis”də çıxış edir.