"Barselona" 2021/22 mövsümü üçün heyətini yeni transferlərlə gücləndirəcək.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi daha bir futbolçu ilə razılığa gəlib. Bu, mövsümün sonu "Liverpul"la müqaviləsi başa çatan Corcino Veynaldumdur. 30 yaşlı yarımmüdafiəçi "Barselona" ilə 2024-cü ilin iyununadək razılığa gəlib. Jurnalist Fabrizio Romanonun yaydığı məlumata görə, keçid yaxın günlərdə rəsmən açıqlanacaq.
Xuan Laportanın klubu "Mançester Siti" ilə müqavilələri başa çatan Erik Qarsiya və Serxio Aqueronu azad agent kimi heyətinə qatacaq. Hər iki futbolçu ilə razılıq əldə edilib.
Bundan əlavə, "Barselona" "Lion"un hücumçusu Memfis Depaya da təklif göndərib. "Katalonlar" iyunda klubu ilə müqaviləsinin müddəti bitən niderlandlı futbolçunun son qərarını gözləyir.