"Atletiko"nun çempionluq qoluna imza atan Luis Suarez barədə klub rəhbərliyi qərar verib.
Offsideplus.az xəbər verir ki, "Atletiko" 34 yaşlı hücumçu ilə müqaviləsini yeniləyib. Bu barədə klubun prezidenti Enrike Sereso məlumat yayıb. 73 yaşlı funksioner Suarezlə müqavilənin bir il daha uzadıldığını və baş məşqçi Dieqo Simeonenin istədiyi qədər komandada qala biləcəyini bildirib.
"Suarez böyük insan və möhtəşəm oyunçudur. Müqaviləsi barədə soruşursunuzsa, yenilənib. Hər şey sadəcə ondan asılıdır. İstəyərsə, bizimlə davam edəcək. Məncə, o da bizimlə qalmaq istəyir".
Qeyd edək ki, "Barselona" mövsümün əvvəlində Suarezi 7 milyon dollara "matrasçılar"a satmışdı.