"Barselona" ilə razılığa gələn Serxio Aqueronun müqaviləsinin detalları bəlli olub. 

Offsideplus.az xəbər verir ki, məşhur idman jurnalisti Fabrizio Romano bu barədə məlumat yayıb. Mövsümün sonunda "şəhərlilər"dən ayrılacaq 32 yaşlı forvard İspaniya nəhəngi ilə bonuslar daxil olmaqla iki illik müqavilə imzalayıb. "Mançester Siti" Çempionlar Liqasının finalında "Çelsi"yə qarşı oyunu keçirəndən sonra, keçid rəsmən açıqlanacaq. 

Bundan əlavə, "Barselona" "Lion"un futbolçusu Memfis Depayı da heyətinə qatmağa çox yaxındır. Hollandiyalı hücumçu yeni menecerlərinə Kataloniya təmsilçisinə transfer olmaq istədiyini açıqlayıb.