"Real"ın futbolçusu Eden Hazard "Vilyarreal"la oyunu buraxacaq.

Offsideplus.az xəbər verir ki, buna 30 yaşlı hücumçunun zədələnməsi səbəb olub. Bu barədə komandanın baş məşqçisi Zinədin Zidan sabah baş tutacaq oyundan əvvəl keçirdiyi mətbuat konfransında açıqlama verib. Zidan Hazardın zədəsinin yüngül olduğu, lakin risk almaq istəmədiyini bildirib.

Qeyd edək ki, "Real" - "Vilyarreal" matçı sabah Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.