Mövsümün sonu "Mançester Siti" ilə müqaviləsi başa çatan Serxio Aqueronun "Barselona" üçün fədakarlıq edəcəyi iddiaları yayılıb.

Offsideplus.az İspaniyanın "AS" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu Kataloniya təmsilçisinə keçərsə, illik 5 milyon avro maaş almağa razılaşıb. Argentinalının "Siti"dəki illik maaşı 12 milyon avro məbləğində idi. 

Qeyd edək ki, Serxio Aquero 2011-ci ildə "Mançester Siti"nin formasını geyinir.