"Barselona"nın mövsümün sonunda Ronald Kumanla yollarını ayrımağı düşünür.
Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, klubun prezidenti Xuan Laporta 58 yaşlı mütəxəssisin yerinə gətirəcək baş məşqçi axtarışındadır. Laporta axtardığı çalışdırıcını tapa bilməsə, Kuman vəzifəsinə davam edəcək.
Niderlandlı mütəxəssisi əvəzləyə biləcək 3 əsas namizəd var. Onlar, sabiq "Barselona"lı və hazırda Qətər klubu "Əl-Sədd"in baş məşçisi olan Xavi Hernandes, "Barselona" B komandasının çalışdırıcısı Xavier Qarsiya və "Liverpul"lu Yürqen Kloppdur.