"Barselona" mövsümün sonunda baş məşqçisi Ronald Kumanı qovmaq istəyir.
Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis 99% ehtimalla yeni mövsümdən komandaya rəhbərlik etməyəcək. Klubun prezidenti Xuan Laporta hazırda yeni baş məşqçi axtarışındadır. Klub rəhbərliyi onu əvəz edəcək şəxs tapmasa, niderlandlı çalışdırıcı postunda qala bilər.
Qeyd edək ki, mövsümün əvvəlində baş məşqçi təyin edilən Ronald Kumanın müqaviləsi 2022-ci ildə başa çatmalıdır.