"Barselona" mövsümün sonunda 14 futbolçusu ilə yollarını ayıra bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. 14 oyunçudan 7-nin, Filip Koutinyo, Samuel Umtiti, Miralem Piyaniç, Martin Breytveyt, Junior Firpo, Neto Moura Metyu Fernandeşin satılacağı bildirilir. 

Mövsümün sonu "Barselona" ilə müqaviləsinin müddəti başa çatan Lionel Messinin komandadakı gələcəyi hələ də şübhə altındadır.

Kataloniya təmsilçisinin bəzi futbolçularını sataraq əldə edəcəyi gəlirdən "Borussiya"nın ulduzu Erlinq Haaland kimi böyük transferləri həyata keçirəcəyi gözlənilir. Lakin "Barselona" Serxio AqueroErik Qarsiya kimi azad agentləri heyətinə qataraq, bu yay pul xərcləməyə bilər.