İspaniya La Liqasının 34-cü turunda "Real" doğma meydanda "Osasuna"nı qəbul edib.

Offsideplus.az xəbər verir ki, "Kral klubu" oyunun taleyini ikinci hissədə həll edib: 2:0. 

Bununla da, "Real" turnir cədvəlində xallarının sayını 74-ə çatdıraraq ikinci pillədə qərarlaşıb. "Atletiko" 76 xalla birinci, "Barselona" isə 71 xalla üçüncü yerdədir.

Oyunun icmalını təqdim edirik:

"Real" - "Osasuna" 2:0 (E.Militao, 76. Kazemiro, 80.)