"Barselona" İspaniya La Liqasının növbəti turunda "Qranada"ya məğlub olub.

Offsideplus.az xəbər verir ki, 63-cü dəqiqədə Darvin Maçisin qolu barədə 4-cü hakimə etirazlar edən Ronald Kuman "qırmızı" ilə cəzalanıb və meydandan qovulub. 1:2 hesablı məğlubiyyətlə başa çatan oyunun ardından "Barselona"nın çalışıdırıcısı fikirlərini bölüşüb:

"Heç nə anlamıram. Bir şey demədim, onu təhqir etmədim. 4-cü hakimlə danışırdım və o məni təhqir etdi. Məndə səhv yoxdur, çünki referi deyir ki, 4-cü hakimi təhqir etmişəm. Mənə görə belə şey olmayıb. Hörmətsizlik təhqirdir. Mən bir dəfə də olsun, pis sözlər deməmişəm. Əgər onlar mənim demədiyim şeyləri ortaya çıxarırlarsa, nə isə etməliyəm".