"Real"ın kapitanı Serxio Ramos bir şərtlə komandada qala bilər.

Offsideplus.az "ABC Deportes"ə istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi iki illik müqavilə təklifi alarsa, "Real"ı tərk etməyəcək və maaşının 10% azaldılmasına razı olacaq. Belə ki, "Kral klubu" ispaniyalı ulduza 1 illik müqavilə təklif etsə də, Ramos daha uzun müddət komandada qalmaq istəyir.

2005-ci ildən "Real"ın şərəfini qoruyan Serxio, bəzi əfsanəvi futbolçular kimi karyerasını tək klubda bitirmək istəyir.