PSJ ilə oyundan əvvəl "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Neymarın "Barselona"dakı keçmişi haqda danışmışdı.

Offsideplus.az "Marca"ya istinadla xəbər verir ki, katalonların hazırkı çalışdırıcısı Ronald Kuman Qvardiolanın dediklərinə münasibət bildirib. Hollandiya mütəxəssis bunları deyib: "Dünyanın ən güclü futbolçularına sahib ola bilərsən. Vaxtilə belələri "Barselona"da cəmlənəndə ciddi uğurlara imza atmağı bacarmışdılar. Bu gün isə ixtiyarımızda olan futbolçularla işləyirik. Bəli, yaxşı oyunçularımız var və bunun nəticəsi kimi İspaniya kubokuna sahib olduq. Mənim üçün keçmiş keçmişdə qalır, onu hesaba almıram. Və ən əsası, hətta ixtiyarında dünyanın ən güclüləri olsa belə, uğur qazanacağına əmin olmamalısan".

Qeyd edək ki, Qvardiola açıqlamasında bu fikirləri səsləndirmişdi: "Neymar "Barsa"da qalsaydı, 2-3 Çempionlar Liqası kuboku qazanardılar".