"Barselona" "Xetafe" ilə oyuna itki ilə çıxacaq.

Offsideplus.az xəbər verir ki, Usman Dembele çanağındakı problemlərə görə bu oyunu buraxacaq. Bu mövsüm "Barselona" ilə 36 oyuna çıxan 23 yaşlı hücumçu ümumilikdə 10 qol vurub. 

Qeyd edək ki, "Barselona" bu gecə Bakı vaxtı ilə saat 00:00-da "Xetafe"ni qəbul edəcək.