"Real"ın prezidenti Florentino Peres Kilian MbappeErlinq Haalandın mümkün transferi barədə ilk dəfə danışıb.

Offsideplus.az xəbər verir ki, 74 yaşlı funksioner PSJ və "Borussiya"nın ulduzları barədə bu sözləri deyib:

"Real"ın dəyişikliyə ehtiyacı var. Mbappe və yaxşı futbolçularla maraqlanırıq. Lakin Mbappe ilə hələ ki, danışmamışam. Haalandın atası "Real"ın muzeyini ziyarət etdi".

Kapitan Serxio Ramos və baş məşqçi Zinədin Zidan haqqında açıqlama verən Peres, "İqtisadi cəhətdən vəziyyətimiz ağırdır. Ramosu sonra fikirləşəcəyik. Baş məşçimiz Zidan isə "Real" tarixinin ən yaxşılarından biridir və birlikdə çalışdığıç ən yaxşı baş məşqçidir. O bizimlə olmaqdan məmnundur. Müqaviləmiz var, mövsümün sonu nələr baş verəcək, görəcəyik", - deyə bildirib.