Florentino Peres Kriştiano Ronaldonun "Real"a mümkün keçidi barədə açıqlama verib. 

Offsideplus.az "El Chiringuito"ya istinadən xəbər verir ki, 74 yaşlı funksioner portuqaliyalı ulduzun "Kral klubu"na qayıtmayacağını təsdiq edib. Peres "Real"ın Ronaldo ilə müqavilə imzalamasının qeyri-mümkün olduğunu və 36 yaşlı hücumçunun Super Liqaya üzv olan "Yuventus"la müqaviləsinin olduğunu bildirib. 

O qeyd edib ki, Ronaldonun "Real"a qayıdışını nə qədər sevsə də, yenidən birləşmə məntiqli olmayacaq.

Xatırladaq ki, "Yuventus"un Kriştiano ilə müqaviləsinin müddəti 2022-ci ilin yayında başa çatır.