Başqa namizədlik irəli sürülmədiyi üçün Florentino Peres 2025-ci ilə qədər "Real"ın prezidenti olacaq.

Offsideplus.az xəbər verir ki, 74 yaşlı funksioner bu müddət ərzində gündəmlərdən düşməyəcək transferlər etməyi planlaşdırır. Belə ki, gələcək illərdə PSJ-dən Kilian Mbappeni və "Borussiya"dan Erlinq Haalandı "Kral klubu"nda görəcəyik. Bu iki gənc ulduzun eyni mövsümdə transfer edilməsi gözlənilməsə də, fərqli zamanlarda onlar "Real" formasını geyinəcək. 

"Real" xüsusilə Kilian Mbappe transferinə önəm verəcək. "Real" rəhbəliyi 22 yaşlı hücumçunun mümkün transferindən sonra onun 10 il ərzində komandaya liderlik etməsini planlaşdırır.

Bundan əlavə, 360 dərəcəlik video ekranla təmin ediləcək "Santiqao Bernabeu stadionu"nun təmirinin 2022-ci ilin oktyabrına qədər yekunlaşdırılması gözlənilir.