Florentino Peres "Real"ın prezidenti seçilib.

Offsideplus.az xəbər verir ki, aprelin 12-dək 74 yaşlı funksionerdən başqa şəxs namizədlik irəli sürmədiyi üçün o, avtomatik prezident olub. Peres daha 4 il, yəni 2025-ci ilədək bu vəzifəni icra edəcək.

2000-ci ildə ilk dəfə "Kral klubu"nun prezidenti seçilən Florentino Peres 2006-cı ildə işindən ayrılsa da, 2009-cu ildə yenidən bu vəzifəyə qayıdıb. "Real" onun rəhbərliyi altında 47 titul qazanıb.