"Barselona" Usman Dembele ilə yeni müqavilə imzalamağı planlaşdırır.

Offsideplus.az ESPN-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi və 23 yaşlı hücumçu razılığa gəlib. Müqavilənin 2025-ci ilədək uzadılacağı gözlənilir. 

Qeyd edək ki, bu mövsüm 10 qol və 4 assistlə yadda qalan Dembelenin "Barselona" ilə anlaşmasının müddəti 2022-ci ilin yayına qədərdir.