"Barselona" Erlinq Haalandın transferində maraqlıdır. 

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi "Borussiya"dan növbəti transferini etmək istəyir və norveçli hücumçu üçün qarşı tərəfə müraciət edib. Lakin almanlar ispanların müraciətinə isti yanaşmayıb. Səbəbsə Osman Dembelenin transferindən qalan ödəniş borclarıdır. "Borussiya" rəhbərliyi Dembele ilə bağlı borclar bağlanandan sonra Haaland tramsferi üçün danışıqlara başlaya biləcəklərini qeyd edib. 

Qeyd edək ki, Dembele 2017-ci ildən "Barselona"da çıxış edir.