Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Barselona" - PSJ qarşılaşmasından öncə baş vermiş maraqlı hadisənin üstü 2 aydan sonra açılıb.
Offsideplus.az ünlü "Ekip" nəşrinə istinadla xəbər verir ki, "Barsa"nın baş məşqçisi Ronald Kuman komandasına təhlükənin əsasən Kilian Mbappedən gələcəyini bilirmiş. Belədə holland mütəxəssis dünya futbolunun yeni ulduzunu dayandırmaq üçün qeyri-adi üsula əl atıb. Kuman Mbappenin iri həcmli şəklini paltardəyişmə otağına asdırıb və futbolçularına "yaxşı-yaxşı baxın, bu adam sizin bir nömrəli düşməninizdir, onu tanıyın" sözlərini deyib.
Kumanın bu addımı ya müsbət nəticə verməliydi, ya da əksi yaşanmalıydı. Yekunda tərsi oldu. Frvralın 17-də het-trik edən Kilian, 3 həftə sonra daha 1 qol vurdu.
Qeyd edək ki, İspaniyadakı qarşılaşma PSJ-nın 4:1 hesablı qələbəsi ilə başa çatmış, cavab oyunu 1:1 hesablı bərabərliklə sonuclanmışdı ki, növbəti mərhələyə adlayan fransızlar olmuşdu.