Ronald Kuman Lionel Messinin komandadakı gələcəyi haqda danışıb.
Offsideplus.az xəbər verir ki, hollandiyalı mütəxəssis argentinalı ulduzu "Barselona"da saxlamaq üçün bütün gücləri səfərbər edəcəklərini deyib: "Bu bizim üçün olduqca vacib məsələdir. Ona görə də Messinin daha bir neçə il "Barsa"da qalması üçün əlimizdən gələni edəcəyik. Lakin indiki məqamda gələcəyi yox, "Valyadolid"lə matçı düşünürük. Transfer işləri ilə klubun prezidenti və onun güvəndiyi adamlar məşğul olur".
Qeyd edək ki, Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti yayda başa çatacaq Messi ilə PSJ və "Mançester Siti" yaxından maraqlanır