Madrid "Real"ının futbolçusu Serxio Ramos yenə zədələnib.

Offsideplus.az xəbər verir ki, 35 yaşlı müdafiəçi ayaq əzələsindən zədə alıb.

O, təxminən 1 ay yaşıl meydanlardan uzaqda qalacaq. Bununla da, Ramos aprelin 6-da Çempionlar Liqasının 1/4 finalında "Liverpul"la, 10-da La Liqada isə "Barselona" ilə matçı buraxacaq.