"Real"a gəldiyi gündən bəri tez-tez zədələnən Eden Hazard komandadan ayrılacaq.

Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "Kral klubu" 30 yaşlı futbolçunu bu yay satmağı düşünür. "Real" 2017-ci ildə 115 milyon avroya aldığı belçikalı hücumçu üçün 50 milyon avro satış qiyməti qoyub. 

Edenin "ağlar"da illik maaşı 23 milyon avrodur.

Qeyd edək ki, uzun müddət keçirdiyi zədədən qayıdan Hazard 13 martda "Elçe" ilə oyunda forma geyinib. Lakin 2 gün sonra yenidən sıradan çıxaraq, "Atalanta" ilə oyunu buraxıb.