Mikel Con Obi "Çelsi"dən keçmiş komanda yoldaşı Eden Hazard barədə bəzi açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, "Athletic" nəşrinə danışan 33 yaşlı müdafiəyəmeyilli yarımmüdafiəçi "Real"ın zədələrdən başı açılmayan ulduzu barədə bu sözləri deyib:
"Hər zaman demişəm ki, sürət, güc, bacarıq kimi talantlara sahib futbolçulardan biri Eden Hazarddır. Lionel Messi və Kriştiano Ronaldonun bir addımlığında idi. İstəsə, daha yaxşı da ola bilərdi. Bəzən özü də deyərdi ki, "Mən nə qədər yaxşı olmaq istəsəm, o qədər yaxşı ola bilərəm. Messi səviyyəsinə çata bilmərəm, çünki o başqa planetdəndir. Amma məncə, Ronaldo səviyyəsinə yaxınlaşa, hətta bəlkə də daha yaxşı ola bilərəm".
Hazardın zədəsi barədə çox danışmaq istəməyən Obi, problemlərin düzələcəyinə ümid etdiyini dilə gətirib.