İspaniya klubu "Zenit"in iranlı futbolçusu ilə maraqlanır.
Offsideplus.az "Estadio Deportivo"ya istinadla xəbər verir ki, "Sevilya" Sərdar Azmunun transferində israrlıdır. "Ağ-qırmızılar" yayda Azmunu heyətinə qatmaq üçün "Zenit"ə təklif göndərəcək. İstedadlı futbolçunun Rusiya təmsilçisi ilə müqaviləsinin 2022-nin iyununa qədər olduğunu nəzərə alsaq, bu yay onun satışından pul qazanmaq ideyası sərfəli görünür. Futbolçunun özü də karyerasını güclü çempionatda davam etdirmək istəyir.
Qeyd edək ki, 26 yaşlı Sərdar cari Rusiya Premyer Liqasında 19 oyunun iştirakçısı olmaqla 13 qol vurub, 2 məhsuldar ötürmə verib.