Xuan Laporta ikinci dəfə "Barselona"nın prezidenti seçildi.
İndi hər kəs ondan daha artığını gözləyir: klubun borclarının azaldılmasına kömək etmək və təbii ki, Lionel Messini komandada saxlamaq.
Offsideplus.az "The Guardian"a istinadla xəbər verir ki, seçkinin cavabları açıqlanandan az sonra Laporta "Messi "Barsa"da qalacaqmı?" sualını cavablandırıb: "Əlbəttə, Messiyə zəng vurub, danışacam. Bəz deyəcəklərim var, onları diqqətinə çatdıracam. Belə deyim, Leonun "Barsa"da qalması üçün əlimdən gələni və klubun iqtisadi imkanları çərçivəsində nə lazımdırsa, edəcəyəm. Son qərar təbii ki, Messinin olacaq".
Cari mövsümdə "Barselona"nın heyətində 34 matçda 24 qol vuran ulduz futbolçunun klubla müqaviləsi bu il iyunun sonunda başa çatır.