"Real"ın yarımmüdafiəçisi Toni Kroos Məsut Özil barədə dediklərinə görə "faşist" adlandırıldığını açıqlayıb.
Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, 31 yaşlı futbolçu buna "Fənərbağça"nın oyunçusunun Almaniya millisindən ayrılması zamanı dediyi sözlərin səbəb olduğunu bildirib.
"2018-ci il Dünya Kubokundan sonra Özilin millidəki karyerasını bitirməyini və bunu niyə etdiyini anlamadığımı dedim. Sonra bir çox insanlar üçün "faşist" biri oldum: Sarışınlıq, mavi gözlər..."
Qeyd edək ki, Məsut Özilin Dünya Kuboundan sonra millidəki karyerasını başa vurmasından həmən sonra Rəcəb Tayyib Ərdoğanla görüşməsi Almaniyada tənqidlərə səbəb olmuşdu.