"İnter" klubunun hücumçusu Lautaro Martinez açıqlamaları ilə diqqətləri çəkib.
Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı forvard cari klubundan getməyi düşünmür. Argentinalı futbolçu "İnter"lə müqaviləsinin müddətini uzatmaq istəyir.
"Mən yalnız "İnter" haqda düşünürəm. Komandamla müqaviləmin uzadılmasını istəyirəm".
Martinez, "Barselona"ya transfer ediləcəyi ilə bağlı yayılan xəbərlər barədə də danışıb:
"Barselona" keçmişdə qalıb. Düzdür, transfer danışıqlarında olmuşam, ancaq mənim üçün yalnız "İnter" var. "Barselona" məsələsi bağlanıb".
Qeyd edək ki, Kataloniya təmsilçisi Suarezin Madrid "Atletiko"suna transferinin ardınca onun əvəzinə argentinalı hücumçunu sıralarına qatmaq istəyirdi.