"Barselona" klubunun prezidentliyə namizədləri -Toni Freiksa, Viktor Foint və Joan Laporta çətin duruma düşüb.
Offsideplus.az xəbər verir ki, İspaniyada verilişlərin birinə qatılan hər üç namizəddən Kataloniya klubunun loqosunu xatırlaya bildikləri qədər əllə çəkmək istənilib.
Gözləri açıq formada klubun loqosunu çəkən namizədlərin "əl işləri" isə marağa səbəb olub.
Belə ki, onlar sahibi olmaq istədikləri komandanın loqosunu biabırçı formada kağız üzərinə həkk ediblər.
Həmin fotonu təqdim edirik: