Dekabr ayında "Atletiko" ilə müqaviləsinə xitam verərək azad agent olan Dieqo Kosta yeni klubu ilə razılığa gəlib.

Offsideplus.az SkySports-a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu illər sonra doğulduğu ölkəyə - Braziliyaya qayıdır. "Palmeyras" klubu ilə razılığa gələn Kostanın 2 illik anlaşma imzalayacağı bildirilir. Braziliyalı futbolçunun illik maaşı 3 milyon avro olacaq.

Qeyd edək ki, Dieqo Kosta ilə Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı klubları yaxından maraqlanırdı.