"Barselona" futbolçusu Usman Dembelenin transfer qiymətini 135 milyon avroya qalxa bilər.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, 23 yaşlı forvard bu həfət "Alaves"ə qarşı çıxış edərsə, "Barselona" Dortmund "Borussiya"sına əlavə 5 milyon avro ödəməlidir.

Qeyd edək ki, "Barselona" 2017-ci ilin avqustunda 105 milyon avroya Dembeleni transfer etmiş və hər dəfə meydana çıxacağı halda 40 milyon avro əlavə ödəniş etməyi qəbul etmişdi. Artıq 25 milyon avro ödəniş edən Katalon klubu fransalı hücumçunun "Alaves"ə qarşı oynadığı halda daha 5 milyon ödəmə etməlidir.