Madrid "Real"ı fransalı hücumçusu Kərim Benzema ilə müqaviləsini yeniləməyə tələsmir.
Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, "kral klubu" 33 yaşlı forvardla 2022-ci ilin iyununda bitəcək müqaviləni uzatmaq barədə indidən qərar vermək istəmir.
Klub Benzemanın bu mövsümün sonuna qədərki çıxışını nəzərə alaraq buna qərar verəcək.
Bəzi mənbələrin yazdığına görə, doğma klubu "Lyon" yenidən sözügedən futbolçularını sıralarına qaytarmaq istəyir.
Qeyd edək ki, Benzema 2009-cu ildə elə "Lyon"dan "Real"a transfer edilib.