"Real" rəhbərliyi Zinədin Zidana dəstək nümayiş etdirib.

Offsideplus.az "Marca"ya istinadla xəbər verir ki, klub prezidenti Florentino Peres "Hueska" ilə qarşılaşmadan sonra baş məşqçi ilə görüşüb. Görüş zamanı Peres fransız çalışdırıcıya güvəndiyini bildirib, birgə əməkdaşlıqdan məmnunluğunu dilə gətirib.

Qeyd edək ki, son vaxtlar mətbuatda "Real"ın Çempionlar Liqasını qazanmayacağı, ən pis halda İspaniya çempionu olmayacağı təqdirdə  Zidanla yolların ayrılacağına dair müxtəlif yazılar dərc olunmaqdadır.