"Real"ın baş məşqçisi Zinədin Zidan koronavirusdan sağalıb.

Offsideplus.az İspaniya mətbutaına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis məşqlərə qayıdıb. 

Bunun əvəzində isə "Kral klubu"nun prezidenti Florentino Peresin koronavirus testi pozitiv çıxıb. Koronavirusa yoluxan klub rəsmisi dərhal karantinə alınıb. 73 yaşlı funksioner simptonlarının olmadığını bildirib.