"Barselona" prezidentliyinə 3 namizəddən biri olan Xuan Laporta maraqlı açıqlama ilə gündəmə gəlib.

 Offsideplus.az xəbər verir ki, 7 martda keçiriləcək prezident seçkisində namizəd olan Laporta PSJ-nin Kataloniya klubunun kapitanı Lionel Messini transfer etmək istədiklərini açıq şəkildə söyləməklərini hörmətsizlik adlandırıb:

"Hazırda klubda prezidentin olmaması vəziyyəti çətinləşdirir. Klub Messiyə yaxşı təklif irəli sürməlidir. Klubun başında birinin olmaması Messinin rahat şəkildə başqa klublarla danışıq aparmasına imkan yaradır. PSJ-nin bunu açıq şəkildə dilə gətirməsi hörmətsizlikdir".

Qeyd edək ki, Lionel Messi ötən yay klubdan ayrılmaq istəsə də, klubun sabiq prezidenti Xosep Bartomeu buna imkan verməmişdi.