İspaniyanın "Atletiko" (Madrid) komandasına rəhbərlik edən Dieqo Simeone son 10 ilin ən yaxşı baş məşqçisi seçilib.

Offsideplus.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) səsverməsi İFFHS-in 2011 - 2020-ci illərdəki illik reytinq nəticələrinə əsasən aparılıb. 51 yaşlı argentinalı mütəxəssis 152 xalla bütün rəqiblərini geridə qoyub.

İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola 144 xalla ikinci, "Liverpul"da işləyən Yurgen Klopp isə 105 xalla üçüncü olub.