La Liqada dekabrın ən yaxşı oyunçusu müəyyənləşib.

Offsideplus.az La Liqanın mətbuat xidmətinə istinadla xəbər verir ki, İaqo Aspas ötən ayın ən yaxşısı seçilib. "Selta"nın hücumçusu sorğuda Lionel Messi, Kərim Benzema, Mario Hermoso, Jerar Moreno və Xavyer Ontiverosu qabaqlayıb.

 Qeyd edək ki, 33 yaşlı futbolçu ötən ayLa Liqada 5 matçda 4 qol vurub, daha 4 qolun ötürməsini verib.