1998-ci il 22 noyabrda "Elçe"də çıxış edən Nino adlı gənc hücumçu gələcəkdə "Barselona"nın baş məşqçisi olacaq Tito Volovanı əvəzləmək üçün meydanın kənarına yaxınlaşır. Meydana daxil olandan bir müddət sonra diqqətləri üzərinə çəkən Nino "Fiqures" üzərində 3:1 hesablı qələbəyə qol payını verir. 

Offsideplus.az xəbər verir ki, 15 yaşında qatıldığı "Real Madrid"in Akademiyasında İker Kasilyasla birlikdə böyüyən bu futbolçu peşəkar karyerasına 2 ildən sonra başlayır. 17 yaşında "Elçe"nin B komandasının formasını geyinən Nino bir müddətdən sonra diqqətləri öz üzərinə çəkməyə başlayıb. 1998-ci ildə "Elçe"yə dəvət alan hücumçu daha sonralar "Levante", "Tenerife", "Osasuna" kimi klublarda çıxış edib. 

2011–2016-cı illərdə "Osasuna"da çıxış etdiyi dönəmdə dizindən çox ciddi zədə alıb. Hər kəs 33 yaşlı Ninonun bu zədədən sonra karyerasını bitirəcəyini düşünsə də, o, geri dönməyi bacarıb. 

2016-cı ildə yoxluğunda tam bir düşüş yaşayan "Elçe"yə tam vaxtında qayıdaraq adından söz etdirib. 2017-18 mövsümündə 37 yaşını qeyd edən Nino komandası üçün 18 qol vurmuşdu. 

Bu göstərici bəziləri üçün yetərli ola bilər, Nino üçünsə yox. 40 yaşlı hücumçu hələ də futbol oynayaraq adına yeni rekordlar yazdırır.  Belə ki, La Liqada 129, İkinci Divizionda 571 oyunda iştirak edərək 700-cü oyununa çıxan futbolçu İspaniya futbol tarixinə düşüb. 

 Qeyd edək ki, Nino İspaniya La Liqasında ən yaşlı qol vuran futbolçu olmağın da bir addımlığındadır. Bu rekordu 2003-cü ilin yanvarında "Atletik"ə qol vuran "Deportivo"lu Donato əlində saxlayır (40 yaş, 138 gün).

Elche CF celebrate promotion to LaLiga Santander.jpg

 

Nino (Elche CF) 4.jpg

 

Nino (Elche CF) 3.jpg

 

Nino (Elche CF) 2.jpg