İngiltərə Premyer Liqası klubu "Lids Yunayted" "Real"ın futbolçusu Lukas Vasqesi transfer etmək istəyir.

Offsideplus.az Goal-a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi də özünü İngiltərədə sınamaq istəyir. 

Qeyd edək ki, mövsümün sonu "Kral klubu" ilə müqaviləsi başa çatan Lukas Vasqes xarici klublarla danışıqlara başlamağa hazırdır. Hər şey yolunda gedərsə, Vasqesin yayda "Real"ı tərk edəcəyi gözlənilir.